Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl


Kriminal 14 Mar 2020 15:34:00 194 0

Bakıda gənc oğlandan sevgilisinə qarşı dəhşətli əməl

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Sərxan Məmmədov "Bilyard" çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Pərvanə İsmayılovanı qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.