Tanınmış aktrisa: "Dua sözlərdə yox, insanın daxilindəki inancdadır"


Kriminal 13 Mar 2020 07:28:00 196 0

Tanınmış aktrisa: "Dua sözlərdə yox, insanın daxilindəki inancdadır"

"İnanmaq üçün ya çox sadəlövh, ya da çox ağıllı olmaq lazımdır. Mənsə nə çox ağıllı, nə də sadəlövhəm. İmanın iki gözəl növü var: alimin və çobanın, yəni sadəlövh bir insanın imanı".

Son.az xəbər verir ki, bu sözləri 49 yaşlı tanınmış aktrisa Gülzar Qurbanova sosial şəbəkədə yazıb.

Əməkdar artist onu imana aparan fəlsəfi düşüncələrini bölüşüb.

O, hesab edir ki, bilik də insanı imana aparır: "Biliyin yüksək pilləsinə qalxmaq mənə nəsib olmayacağı üçün (heç orta pilləsinə də) öz sadəlövhlüyümə qayıtmağa çalışıram. Yerı gəlmişkən, bilik də insanı imana aparır, çünki çox bilən insan hələ nə qədər məchullardan xəbərsiz olduğunu anlayır".