Ərini yataqda öldürən Aynurədən ŞOK SÖZLƏR: "Mənə elə şey təklif etdi ki…"


Kriminal 12 Mar 2020 18:21:00 167 0

Ərini yataqda öldürən Aynurədən ŞOK SÖZLƏR: "Mənə elə şey təklif etdi ki…"

Göygöl rayonunda ərini öldürməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Aynurə Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Göygöl rayon sakini İlham Qəhrəmanov arvadı Aynurəni uzun müddət qısqanıb və onu başqa kişilərlə intim münasibət saxlamaqda günahlandırıb.

O, mütəmadi olaraq arvadını döyüb, təhqir edib. Bu səbəbdən onların aralarında münasibətlər pozulub. Aynurə Qəhrəmanova 23 noyabr 2012-ci il tarixdə aralarında olan rəsmi nikah qeydiyyatının pozulması barədə Göygöl rayon Məhkəməsində əri İlham Qəhrəmanova qarşı iddia qaldırıb.

Sərxoş kişinin dəhşətli qətli

12 yanvar 2013-cü il tarixdə saat 23-24 radələrində sərxoş vəziyyətdə olan əri İlham Qəhrəmanovun onu döyməsindən və qeyri-təbii yolla cinsi əlaqədə olmaq təkidindən qurtulmaq üçün mübahisə edib.

Bu zaman Aynurə İlham Qəhrəmanovu çarpayının üzərinə yıxıb və üstünə çıxaraq dizləri ilə sinəsindən basıb. İlham Qəhrəmanov boğulma nəticəsində ölüb.

Daha sonra cinayətin izini itirmək və məsuliyyətdən yayınmaq məqsədilə İlham Qəhrəmanovun meyitini sürüyərək evin həyətindəki yardımçı tikiliyə gətirib. Orada meyiti basdırmaq üçün xəndək qazıb.

Amma xəndəkdəki iri daşı çıxartmağa gücü çatmayıb. O, həmkəndlisi və qonşusu Ağalar Kərimovu kanalizasiya çəkdirmək adı ilə evinə çağırıb. Sonuncunun baş vermiş hadisədən xəbəri olmayıb və qadın xəndəkdəki daşı ona çıxartdırıb. Xəndəyi qazaraq dərinləşdirdikdən sonra Ağalar Kərimov yaşadığı evə gedib.

Qətlin üstü necə açıldı?

Aynurə Qəhrəmanova isə yaşadığı evin yardımçı tikilisində qazdığı xəndəkdə İlham Qəhrəmanovun meyitini basdırıb.

2017-ci il iyulun 21-də saat 11 radələrində İlham Qəhrəmanovun meyiti Göygöl rayonu Qırıxlı kəndində evin yardımçı tikilisindən aşkar edilərək xəndəkdən çıxarılıb.

İstintaq orqanı tərəfindən Aynurə Qəhrəmanovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Münasibətlərimiz pisləşdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə Qəhrəmanova bildirib ki, 1998-ci ildə İlham Qəhrəmanovla ailə həyatı qurub, birgə nigahlarından 1999-cu il təvəllüdlü Rəşad, 2002-ci il təvəllüdlü Fatimə, 2008-ci il təvəllüdlü Elşad dünyaya gəlib: "Evləndikdən sonra əvvəlcə İlhamla Göygöl rayonu Balçılı kəndində qaynatamgilə məxsus evdə yaşadıq.

2004-2005-ci illərdə isə Göygöl rayonunun Qırıqlı kəndində ev aldıq. Bundan sonra həmin evdə yaşamağa başladıq.

İlhamla evləndikdən az müddət sonra münasibətlərimiz pisləşdi. Bunun səbəbi İlhamın mütəmadi olaraq spirtli içki qəbul etməsi, evə qayğı göstərməməsi, mənimlə dava-dalaş etməsi oldu.

Göygöl rayon Qırıqlı kəndinə köçdükdən sonra İlhamla münasibətlərimiz daha da pisləşdi. Buna səbəb İlhamın qısqanclığı oldu. Aramızda həmişə soyuq münasibət olub. Həmişə İlhamla ayrı-ayrı otaqlarda yatmışıq".

"Bəhman sənin ərindir, dalınca gəlib"

Aynurə Qəhrəmanovanın sözlərinə görə, 2012-ci il avqustun 26-da İlham və 3 övladı İlhamın qohumugilə toya gediblər: "Toydan çıxdıqdan sonra İlham yenidən mənim ünvanıma nalayiq sözlər işlətməyə başladı. Qaynım Bəhmana zəng vuraraq, bizi yaşadığımız evə aparması üçün çağırdı. Bəhman gələ bilməyəcəyini dedi. İlham yenidən əsəbləşdi. Bunu gördükdə Bəhmana zəng edərək, İlhamın məni döymək istədiyini dedim, gələrək bizi evə aparmağını xahiş etdim.

Bir qədər sonra Bəhman həmin yerə gəldi. Mən və uşaqlarım Bəhmanın maşınına oturduq. İlham isə Bəhmanın onun çağırışına deyil, mənim çağırışıma gəldiyinə görə əsəbləşdi.

İlham mənə "Bəhman sənin ərindir, ona görə dalınca gəlib" dedi. İlhamla Bəhman arasında mübahisə yarandı".

"Məni döyəcəyini fikirləşdim"

Aynurə Qəhrəmanova qeyd edib ki, İlham restoranın yanında oğlu Rəşadla qalıb: "Bir qədər irəlilədikdən sonra Bəhmana dedim ki, İlham Rəşadı döyəcək, geri qayıdaq, Rəşadı da özümüzlə götürək. Geri qayıdıb Rəşadı götürdükdən sonra Qırıqlı kəndində olan evimizə getdik.

Həmin vaxt anam Güllü evimizdə idi. Həyətdə bir qədər dayandıqdan sonra uşaqlara toy evinə gedəcəyimi dedim, sonuncuları anamın yanına yolladım. Toya nəmər yazılmadığından baldızım Rəsmiyyənin qonşuluqda olan evi istiqamətinə yollandım.

Lakin İlhamın gələrək məni orda da döyəcəyini fikirləşdim, ora getmədim. Yenidən yaşadığım evə qayıtdım, amma evə girmədim, həyətdə gözlədim".

"Özümü öldürəcəyimi dedim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, gecə yarı əl damına girib, səhərə yaxın saat təxminən 5 radələrində İlhamdan qorxduğundan Gəncə şəhərinə gedib: "Gəncədə gün ərzində gəzişdikdən sonra bacım Arifəyə zəng vurdum, uşaqların necə olduğunu soruşdum. Bacım evdən çıxaraq getdiyim üçün məni danladı. Ona özümü öldürəcəyimi, artıq bu cür yaşaya bilmədiyimi dedim.

Bacımın təkidindən sonra onlara gəldim. İlham isə gələrək, məni oradan götürdü, yaşadığımız evə gətirdi. Həmin gündən ailəmizdə münasibət daha da korlandı.

İlham yenə də məndən boşanmaq istədi. İlham məndən boşansın deyə oğlum Rəşadın istifadəsində olan nömrədən tanımadığım bir nömrəyə zəng etdim, sonuncu ilə tanış oldum. Təxminən 3 gün müddətində həmin şəxslə telefonla danışdım. Həmin şəxs mənim ailəli olduğumu bildi, mənimlə danışmadı".

Aynurə Qəhrəmanova bildirib ki, bir gün telefonda həmin şəxsin nömrəsini açıq saxlayıb: "Məqsədim ərimin həmin şəxslə danışdığımı, xəyanət etdiyimi düşünməsi və məndən boşanmasına nail olmaq idi. Ərim həmin şəxsə zəng vurdu, danışdıqdan sonra yenidən məni döydü.

2012-ci ilin sentyabrında oğlum Rəşadın istifadəsində olan nömrədən başqa bir kişi ilə təxminən bir həftə danışdım. Həmin kişi də mənim evli olduğumu bildi, mənimlə danışmadı".