Bakıda dələduzluq edən tikinti şirkətlərinin rəhbərlərinin məhkəməsi başlayır


Kriminal 12 Mar 2020 09:39:00 169 0

Bakıda dələduzluq edən tikinti şirkətlərinin rəhbərlərinin məhkəməsi başlayır

Bakıda bir mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "Birlik-İnşaat"ın təsisçisi və direktoru Elman Tağıyev, ''Hasil'' şirkətinin direktoru Hüseyn Əsgərov və onlarla birgə ittiham olunan İntiqam Əvəzov, Əfqan Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az APA-ya istinadən bildirir ki, təqsirləndirilən şəxslərlə bağlı toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

İş üzrə 17 nəfər zərərçəkən şəxs var.