Axtarışda olan şəxs narkotiklə saxlanıldı


Kriminal 09 Mar 2020 17:42:52 221 0

Axtarışda olan şəxs narkotiklə saxlanıldı

Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan A.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, şəxsi axtarış və idarə etdiyi "VAZ-21011" markalı avtomobilə baxış zamanı 310 qramdan artıq heroin və marixuana aşkar edilərək götürülüb.