Sumqayıt hadisələrinə qədər ermənilər bizi qorxutmaq üçün döyürdülər Ermənistandan deportasiya edilən azərbaycanlı


Siyasət 28 Fev 2020 09:25:00 152 0

Sumqayıt hadisələrinə qədər ermənilər bizi qorxutmaq üçün döyürdülər  Ermənistandan deportasiya edilən azərbaycanlı

Azərbaycanlıların öz tarixi torpaqlarımız olan Ermənistandan kütləvi deportasiyası mərhələli şəkildə bir necə dəfə həyata keçirilib. Bu deportasiyanın ən sonuncusu isə 1988-ci ildə başlayıb. Məlumatlara görə, həmin deportasiya Sumqayıt hadisələrindən sonra olub.

Əslində isə azərbaycanlıların sonuncu deportasiyası Sumqayıt hadisələrindən sonra deyil, ondan daha əvvəl baş verib. Deportasiya siyasətini düşünülmüş şəkildə həyata keçirən ermənilər hələ 1983-cü il aprelin 24-də İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlıların yaşadıqları evlərə basqınlar edib, qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar.

Sonrakı illərdə ermənilər özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçiriblər. Fəallaşmış ermənilərin bu siyasəti nəticəsində bir qrup azərbaycanlı hələ Sumqayıt hadisələri baş verməmişdən əvvəl - yanvarın 20-dən sonra Ermənistandan deportasiya edilib. Lakin bu məlumat ictimaiyyətdən gizli saxlanılıb.

1988-ci ilin sentyabrında Ermənistandan deportasiya edilmiş 65 yaşlı İmran Namazov həmin hadisələrin şahidi olub. Son.az xəbər verir ki, o, Sumqayıt hadisələrinə qədər baş verənləri Trend-lə bölüşüb.

Hələ sovet dövründə Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırılırdı Hələ sovet hakimiyyəti qurulmamışdan əvvəl ata-babalarının Ermənistanın Amasiya rayonunda yaşadıqlarını deyən İ.Namazov bildirib ki, həmin rayon Ermənistanda azərbaycanlıların ən çox yaşadığı ərazilərdən olub:

"Rayonda 29 yaşayış məntəqəsi var idi. Onun 25-i sırf azərbaycanlıların yaşadığı kənd olub, qalan 4 erməni kəndinin hər birində 30-40 ailə yaşayırdı. Ancaq təkcə bir azərbaycanlı kəndində 1500-1800 ailə yaşayırdı. Rayon mərkəzində isə ermənilər və azərbaycanlılar yanaşı yaşayırdılar. Amma Amasiyanın köklü əhalisi yenə də azərbaycanlılar idi. Oradakı ermənilər bu rayona sonradan vəzifələrə qoyulmaq üçün köçürülüb gətirilənlər idi. Nə qədər erməni tanıyırdım ki, onlar vəzifədə işləmək üçün Azərbaycandan və digər ölkələrdən Ermənistana köçürülüb gətirilmişdi".

Azərbaycanlıların sonuncu deportasiyası zamanı Ermənistanda təxminən 250 min nəfər azərbaycanlının yaşadığını deyən İ.Namazov onların arasında ali təhsillilərin sayının daha çox olduğunu söyləyib.

Onun sözlərinə görə, hələ 1988-ci il deportasiyasından əvvəl azərbaycanlılar Ermənistanda sıxışdırılırdı: "Ermənistanda çox az sayda Azərbaycan dilini tədris edən məktəb var idi. Məqsəd o idi ki, azərbaycanlılar öz dillərində təhsil ala bilməsinlər".

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, heç bir işdə işləyə bilməzdi"

Ermənistanda müəllim kimi çalışan İ.Namazov qeyd edib ki, azərbaycanlıları yüksək vəzifələrə təyin etmirdilər. Ermənistanda yalnız erməni dilini bilən ermənilər dövlət orqanlarında işləyə bilirdi.

"Erməni dilini bilməyən azərbaycanlı, lap akademik olsa belə, işləyə bilməzdi" deyən İ.Namazovun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlıların əksəriyyəti Rusiyada, Azərbaycanda və digər keçmiş SSRİ respublikalarında təhsil almışdılar.

İ.Namazov deyib ki, Ermənistanda yaşayan azərbaycanlılar sıxışdırıldığından başqa ölkələrdə ali təhsil alan azərbaycanlıların əksəriyyəti təhsillərini başa vurduqdan sonra buraya geri qayıtmırdılar. Çünki bilirdilər ki, qayıtdıqdan sonra onlar iş tapa bilməyəcəklər və çətinliklərlə üzləşəcəklər.

1985-ci ildən ermənilər azərbaycanlıları daha çox sıxışdırmağa başladılar