Müdafiə naziri Anjey Kaspşiklə görüşüb


Siyasət 27 Fev 2020 15:52:00 113 0

Müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

Son.az Müdafiə Nazirliyinin istinadən xəbər verir ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.