9 il əvvəl qətl törədən şəxs saxlanıldı


Kriminal 26 Fev 2020 21:02:00 155 0

9 il əvvəl qətl törədən şəxs saxlanıldı

Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Son.az-a verilən məlumata görə, 2011-ci ildə Zaqatala şəhər sakini S. Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.