İsrail səfiri: “Faciə günlərində Azərbaycanla çiyin-çiyinəyik”


Siyasət 26 Fev 2020 16:53:52 116 0

İsrail səfiri: “Faciə günlərində Azərbaycanla çiyin-çiyinəyik”

"Qurbanların xatirəsini yad etmək üçün bu gün Xocalı faciəsinin 28-ci ildönümündə iştirak etdim"

© Report / Sultana Ahmadbayli

İsrail səfirliyiXocalı faciəsinin 28-ci ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

“İsrail həm şad, həm də belə kədərli günlərdə Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanır. Qurbanların xatirəsini yad etmək üçün bu gün Xocalı faciəsinin 28-ci ildönümündə iştirak etdim”, - israilli diplomat “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 28 il ötür. Minlərlə insan soyqırımı ilə əlaqədar anım mərasimində iştirak etmək üçün səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılanabidənin önünə toplaşıb.