MSK parlament seçkilərinə yekun vurur


Siyasət 25 Fev 2020 16:36:00 104 0

MSK parlament seçkilərinə yekun vurur

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin Milli Məclisə seçkilərdə dairə seçki komissiyası protokolarının və onlara əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyən edilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi daxildir.

Bundan əlavə MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokollarının və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.