MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı


Siyasət 22 Fev 2020 18:37:20 145 0

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb. “Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əəsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətin

MSK

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 82 saylı Ağcabədi seçki dairəsindən namizədlər Hüseyn Talıbov, Fərid Məmmədov və digərlərinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsini, müşahidə üçün problemlərin olduğunu və digər neqativ halların baş verdiyini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçilərlə əlaqə saxlanılıb. Dairə seçki komissiyası (DSK) tərəfindən müraciət hərtərəfli araşdırıb və əsassız hesab edilib. Vebkamera vasitəsilə araşdırma aparılıb və 3 saylı seçki məntəqəsində lider namizədin adının əks olunduğu 71 ədəd bülleten aşkar edilib.

Təklif edirəm ki, yalnız 3 saylı məntəqədə nəticələr əsassız hesab edilsin”.

İclasda həmin dairənin 1 seçki ( 3 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.