Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO

Siyasət 20 Fev 2020 21:41:30 154 0

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

“Report” xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək