“Atam Firəngizi çox sevirdi” Yaşar Nurinin qızından maraqlı açıqlama


Kriminal 20 Fev 2020 14:36:00 205 0

“Atam Firəngizi çox sevirdi”  Yaşar Nurinin qızından maraqlı açıqlama

ARB kanalında yayımlanan "Ona qalsa" verilişinin qonağı Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuriyeva olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, o, atası haqqında maraqlı açıqlamalar verib.

"Atam Firəngiz Mütəllimovanı çox sevirdi. Dəqiq bilmirəm, bir insan kimi çox istəyirdi, yoxsa bir qadın kimi sevirdi. Onu bilirəm ki, Firəngiz xanıma çox bağlı idi. Sanki onunla nəfəs alırdı. Hətta komada olanda, danışa bilməyəndə həkimə yazıb ki, Firaya zəng et. Həkim də anama zəng etdi ki, Yaşar müəllim belə yazıb. Anam da zarafatca "buna baxın, arvadını axtarmır, deyir Firaya zəng edin" bildirmişdi. Ancaq anam atamı heç vaxt Firəngiz xanıma qısqanmayıb", - Ülkər Nuriyeva qeyd edib.

Daha sonra o bildirib ki, Yaşar Nurinin ruhu şad olsun deyə, bacısı Ülviyyə qızına Gülnar adını verib. Qeyd edək ki, xalq artisti, dəyərli sənətkarımız Yaşar Nuri 61 yaşında vəfat edib.