Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurdu


Kriminal 20 Fev 2020 11:12:00 146 0

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs müştərinin avtomobili ilə iki qadını vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, T. Xəlilbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında baş verib.

Həmin avtoyuma məntəqəsində işləyən Astara rayon sakini, 1997-ci il təvəllüdlü Seymur Xanhüseynzadə avtoyumaya verilmiş Gürcüstan vətəndaşına məxsus "Nissan X-Trail" markalı avtomobili sürərkən yolda olan 1945-ci il təvəllüdlü Səidə  Məhərrəmova və 1950-ci il təvəllüdlü Lalə Axundovanı vurub.

Hər iki qadın aldıqları zərbədən xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.