MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama


Siyasət 19 Fev 2020 16:52:00 157 0

MSK-dan məktubların gecikdirilməsi ilə bağlı açıqlama

"Mətbuatda belə bir məlumatlar yayılıb ki, poçta verilən müraciətlər ona görə gecikdirilir ki, onlara baxılmasın".

© Report — Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov danamizədlər tərəfindən poçt vasitəsilə edilən müraciətlərin qəsdən gecikdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report”un xəbərinə görə,MSK-nın bu gün keçirilən iclasında çıxış edən qurum sədri bildirib ki, belə məlumatların heç bir əsası yoxdur. O qeyd edib ki, MSK müraciətlərə baxan zaman müraciətin poçta verildiyi tarixi əsas götürür:

“Ona görə də yayılan iddianın heç bir əsası yoxdur. Kimlərsə bunu hansısa məqsədlər üçün edir”.

***

"Mətbuatda belə bir məlumatlar yayılıb ki, poçta verilən müraciətlər ona görə gecikdirilir ki, onlara baxılmasın".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasındadeyib.

O bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir.