Obyektə "Molotov kokteyli" atan azərbaycanlı... VİDEO


Kriminal 19 Fev 2020 14:31:00 176 0

Obyektə "Molotov kokteyli" atan azərbaycanlı...  VİDEO

Türkiyənin Uşak bölgəsində Yusif Ərtoğrula aid şirniyyat evinə "Molotov kokteyli" ilə hücum təşkil edilib.

Son.az unikal.org-a istinadən xəbər verir ki, hücumla bağlı polis araşdırmaya başlayıb. Nəticədə iş yerinin sahibinin qardaşı və onun Əlzəm adlı Azərbaycan əsilli dostu saxlanılıb.

Məlumata görə, fevralın 13-də, gecə vaxtı 2 nəfər Mimarsinan küçəsindəki şirniyyat evinə və onun qarşısında dayanan 64 DK 844 nömrəli yük avtomobilinə hücum edib.

Nəticədə iş yerinə və avtomobilə ciddi ziyan dəyib.