Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu


Kriminal 19 Fev 2020 13:58:00 138 0

Rusiyada həmyerlisini öldürən azərbaycanlıya hökm oxundu

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan vətəndaşının məhkəməsi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlı istintaqdan yayınmaq üçün soyadını dəyişib.

Məlum olub ki, Cavadzadə Famil İsmayıl oğlu Moskvada köhnə tanışı Qasımov M. ilə mübahisə edib və dəmir parçası ilə onun sinəsinə və qarnına üç dəfə zərbə endirib.

Nəticədə Qasımov ölüb. Hadisəni törədən Cavadzadə Azərbaycana qaçaraq gizlənib.

O, axtarışa verildiyini bilib və soyadını Cavadov olaraq dəyişib. Bir il altı aydan sonra həmin şəxs tutulub.