PA rəsmisi: “Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən “mirzələr” var”


Siyasət 19 Fev 2020 10:18:46 128 0

PA rəsmisi: “Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən “mirzələr” var”

Bunlardan özünü hüquq müdafiəçisi hesab edən

Süleyman İsmayılov

"Prezident Administrasiyasına çoxsaylı müraciət göndərən və özünü hüquq müdafiəçisi adlandıran bəzi “mirzələr” də var".

“Report”un xəbərinə görə, bu fikir Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd olunub ki, belə “mirzələr” onlara müraciət edən vətəndaşların inamından sui-istifadə edərək yuxarı dövlət orqanlarına ard-ardınca əsassız müraciətlər göndərməyi özlərinin əsas məşğuliyyətinə çeviriblər: “Bunlardan özünü hüquq müdafiəçisi hesab edən Yaşar Ağazadə təkcə 2019-cu ildə Prezident Administrasiyasına 300-dən çox müraciət göndərib”.