Daha üç məntəqənin nəticələri etibarız sayıldı


Siyasət 18 Fev 2020 18:14:32 123 0

Daha üç məntəqənin nəticələri etibarız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Fikrət&Cəfərli&və digərlərinin müraciətinə baxılıb.

© Report / Elchin Murad — Mərkəzi Seçki Komissiyası

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər FikrətCəfərlivə digərlərinin müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər seçkinin nəticələrinin etibarsız sayılmasını tələb ediblər: “Araşdırma üç istiqamətdə davam etdirilib. Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində seçkilərin iradəsini müəyyən etməyən hallar baş verib. Bu da həmin məntəqələr üzrə nəticələrin etibarsız sayılmasına şərait yaradır”.

İclasda həmin dairənin üç seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.