Elmar Məmmədyarov Belçika Krallığına gedib


Siyasət 16 Fev 2020 19:15:19 152 0

Elmar Məmmədyarov Belçika Krallığına gedib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov bu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığına yola düşüb.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Belçika Krallığına yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfərdə məqsədbu ilin 17 fevral tarixində Brüsseldə keçiriləcək Albaniya üçün Beynəlxalq Donorlar Konfransında iştirak etməkdir.