MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb


Siyasət 15 Fev 2020 15:31:25 116 0

MSK pozuntuların olduğunu əks etdirən 220 videogörüntünü araşdırıb

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

© Report

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində faəliyyət göstərən Mətbuat Qrupu tərəfindən sosial şəbəkələrdə yayılan görüntülərin maksimum araşdırılması təmin edilib.

“Report” xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında Komissiya üzvü Qabil Orucov deyib.

Onun sözlərinə görə, bütün görüntülər hər bir dairə və məntəqə üzrə araşdırılıb:

“Ümumi araşdırılan videogörüntülərin sayı hazırda 220-ni keçib. Bu görüntülər, ümumilikdə, 30 dairəni, 116 məntəqəni əhatə edir. MSK-ya daxil olan şikayətlər üzrə bəzi videogörüntülər sosial şəbəkələrdə paylaşılanlar olsa da, bəzisi müstəqil şəkildə yayılanlardır”.