Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü - YENİLƏNİB


Siyasət 14 Fev 2020 21:32:00 69 0

Azərbaycan və Qazaxıstan prezidentləri Münhendə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

"Report" xəbər verir ki, Qazaxıstan Prezidentini salamlayan Prezident İlham Əliyev dedi:

-Kasım-Jomart Kemeleviç, Sizinlə yenidən görüşməyimə çox şadam. Burada görüşmək, münasibətlərimizin gündəliyini bir daha nəzərdən keçirmək üçün yaxşı imkandır. Hər şey çox uğurla gedir. Bizim birgə layihələrimiz çoxdur, onlar fəal həyata keçirilir. Buna görə də ümidvarıq ki, 2020-ci il də ölkələrimiz arasında münasibətlər üçün uğurlu olacaq. Biz əmtəə dövriyyəsini artırmağa çox ümid bəsləyirik. Düşünürəm ki, nəqliyyat, energetika, turizm sahələrində yaxşı imkanlar var. Ölkələrimizin vətəndaşları arasında fəal gediş-gəliş var. Bu, ölkələrimizdə turizmin inkişafı üçün çox yaxşı perspektivlər də yaradır.

Əlbəttə, bizim tərəfimizdən ratifikasiya edilmiş Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Konvensiyanın imzalanması son dövrün ən vacib hadisəsi olub. İnanıram ki, Xəzərdə gələcək əməkdaşlığımız bütün Xəzəryanı ölkələrə daha çox dividend gətirəcək.

Kommunikasiya sahəsində fəal qarşılıqlı fəaliyyəti də qeyd etmək istərdim. Ötən il Xəzərin dibi ilə kabelin çəkilməsinə başlanılıb. Bu, ölkələrimizi daha sıx birləşdirəcək bir layihədir. Yəni, biz ikitərəfli münasibətlərin davamlı inkişafı yolu ilə gedirik. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də möhkəmlənəcək.

Prezident Kasım-Jomart Tokayev dedi :

-Hörmətli İlham Heydər oğlu. Sizi burada, Münxendə görməyimə şadam. Elə bu yaxınlarda biz Soçidə görüşmüşük. Bizim çox yaxşı görüşümüz oldu. Sonra biz Aşqabadda MDB Sammitində görüşdük. Dövlətlərimiz arasında münasibətlərə gəldikdə isə həqiqətən də çox böyük yol qət edilib. Əslində elə sıfırdan başladıq və indi, demək olar, bütün sahələrdə qarşılıqlı münasibətlərin çox yüksək səviyyəsinə nail olmuşuq. Bu əməkdaşlığın əsasını bizim böyük sələflərimiz Nursultan Abişeviç Nazarbayev və Heydər Əlirza oğlu Əliyev qoyublar. Mən özüm Xarici İşlər naziri olanda müəyyən mənada bu əməkdaşlığın qurulmasında iştirak etmişəm. Fəxr ediləsi uğurlarımız var. Şəksiz ki, Qazaxıstan Azərbaycanla əməkdaşlığı qiymətləndirir və onu qoruyur. Siz düzgün qeyd etdiniz ki, bizdə istər nəqliyyat, istər kommunikasiyalar, istərsə də ticarət olsun, strateji xarakter daşıyan sahələr var. Biz, mahiyyətcə, Xəzər dənizi vasitəsilə qonşu dövlətlərik. Xəzər dənizinin statusu haqqında müvafiq Konvensiya da Aktau şəhərində imzalanıb. Bu, Xəzərdə irimiqyaslı əməkdaşlığın təməlini qoyur və əlbəttə, bu əməkdaşlıq, mahiyyət etibarilə, strateji əməkdaşlıqdır. Biz fürsətdən istifadə edərək, indicə səfərlərin qrafikinə, o cümlədən istər Sizin Qazaxıstana səfərlərinizin, istərsə də bizim birinci Prezidentimizin Bakıya səfərlərinin qrafikinə baxdıq. Sizin üçün hər hansı münasib vaxtda Sizi ölkəmizə səfərə dəvət etməyi vacib sayıram. Bizim həqiqətən də müzakirə olunası və həll ediləsi bir çox məsələlərimiz var. Çünki həyat yerində saymır, qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olmasına baxmayaraq, yeni hüdudlar yaranır ki, onları da biz birgə səylərimizlə aşmalıyıq.

Prezident İlham Əliyev: Çox sağ olun. Dəvətinizi məmnuniyyətlə qəbul edərəm. Mən də Sizi rəsmi səfərə dəvət etmək istərdim.

x x x

Söhbət zamanı Qazaxıstan Prezidenti dövlətimizin başçısını ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

***19:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər  Nadir rast gəlinən hal like
  • 14 Fev 21:31  
Digərləri Qadında artıq çıxan 2 süd vəzisini kəsdilər Nadir rast gəlinən hal

Dünyada 5-6% qadında rast gəlinən əlavə süd vəzi və ya vəziyə bənzə

arrow Ətraflı
Gürcüstanda azərbaycanlı qız qaçırıldı, ombudsman məsələni diqqətə götürdü - Yenilənib like
  • 14 Fev 21:30  
Sosial Gürcüstanda azərbaycanlı qız qaçırıldı, ombudsman məsələni diqqətə götürdü - Yenilənib

Gürcüstanın Marneuli rayonunun mərkəzində bir neçə oğlan 17 yaşlı az

arrow Ətraflı
Övladını əmizdirdiyi fotosu tənqid olundu like
  • 14 Fev 21:29  
Digərləri Övladını əmizdirdiyi fotosu tənqid olundu

Bir neçə gün əvvəl ilk övladı dünyaya gələn kök model Eşli Qrehem an

arrow Ətraflı
Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına like
  • 14 Fev 21:26  
Digərləri Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına

Yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əl

arrow Ətraflı
Azərbaycanda KİV-lərin sayı açıqlandı like
  • 14 Fev 21:25  
Sosial Azərbaycanda KİV-lərin sayı açıqlandı

ASAN xidmət mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tər

arrow Ətraflı
Azərbaycan vətəndaşlarının ötən ay ən çox səfər etdiyi ölkələr açıqlanıb like
  • 14 Fev 21:24  
Digərləri Azərbaycan vətəndaşlarının ötən ay ən çox səfər etdiyi ölkələr açıqlanıb

2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbayc

arrow Ətraflı
Bir ildə 2 400-dən çox məhkuma elektron qolbaq tətbiq olunub like
  • 14 Fev 21:20  
Sosial Bir ildə 2 400-dən çox məhkuma elektron qolbaq tətbiq olunub

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə ekspertizası fəaliyyətinin

arrow Ətraflı
Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir like
  • 14 Fev 21:18  
Digərləri Unibank təqaüdçülər üçün 0% komissiyalı kredit kampaniyası keçirir

Təqaüdçülər üçün sərfəli kredit şərtləri təklif edən Unibank, nö

arrow Ətraflı
Fevralın 14ü Beynəlxalq kitab bağışlama günüdür like
  • 14 Fev 21:16  
Digərləri Fevralın 14ü Beynəlxalq kitab bağışlama günüdür

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd

arrow Ətraflı
Ötən il 130-dan çox bələdiyyə sədri pozuntulara yol verib like
  • 14 Fev 21:15  
Sosial Ötən il 130-dan çox bələdiyyə sədri pozuntulara yol verib

Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəal

arrow Ətraflı
Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik” like
  • 14 Fev 21:14  
Dünya Paşinyan etiraf etdi: “Cəbrayıl rayonunu işğal etmişik”

Ermənistan Baş naziri Nikol Paşinyan işğal faktını etiraf edib. 

arrow Ətraflı
Cəmilə yeni doğulan oğlunu göstərdi like
  • 14 Fev 21:10  
Şou-biznes Cəmilə yeni doğulan oğlunu göstərdi

Aktrisa Cəmilə Tağızadə 25 gün sonra sosial şəbəkədə paylaşım edib.

arrow Ətraflı
Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu - QƏRAR like
  • 14 Fev 21:08  
Sosial Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu - QƏRAR

Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisində

arrow Ətraflı