Azərbaycan Prezidenti serbiyalı həmkarını təbrik etdi


Siyasət 14 Fev 2020 17:54:12 171 0

Azərbaycan Prezidenti serbiyalı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ​Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Serbiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Prezident Aleksandar Vuçiçə möhkəm cansağlığı, işlərində uğurlar, Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyib.