Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA


Siyasət 14 Fev 2020 15:10:00 66 0

Azərbaycanda hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün görülən işlər - ARAŞDIRMA

Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub

Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu ölkədəki ordu quruculuğu işində də özünü qabarıq göstərir. Orduda aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu sahədə zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynayır. Hərbi qulluqçuların sosial və məişət şəraitinin daim yaxşılaşdırılması, aylıq vəzifə maaşlarının dəfələrlə artırılması, təhsil, təlim və tibb sahəsində yeni metodların tətbiq olunması gözlənilən yüksək nəticələrə rəvac verib.

Son bir neçə il ərzində Azərbaycan hərbi qulluqçularına geniş yaşayış sahəsinə malik yüzlərlə mənzillərin orderlərinin paylanması şəxsi heyət arasında ruh yüksəkliyi yaradan amillərdən biridir.

Müqayisə üçün bildirmək olar ki, son illər Azərbaycanda ordu ilə bağlı həyata keçirilən bir sıra tədbirlərin keçmiş MDB məkanında belə analoqu yoxdur. Məsələn, son 7 ilə nəzər salsaq görərik ki, 2013-cü ilin sonlarında Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 hərbi qulluqçu daimi, 2014-cü ildə 110 hərbi qulluqçu ailəsi xidməti, 2015-ci ildə 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 hərbçi ailəsi daimi, 2017-ci ildə Hərbi Hava Qüvvələrinin aviabazasında 50 nəfər hərbçi daimi, 2018-ci ildə isə 394 hərbi qulluqçu daimi (onlardan 3-ü birotaqlı, 192-si ikiotaqlı, 185-i üçotaqlı, 14-ü isə dördotaqlı) mənzillərlə təmin olunub.

Bundan əlavə, hərbi qulluqçuların və onların ailə üzvlərinin mədəni istirahətinin daha yüksək səviyyədə təşkili üçün 2019-cu ildə də Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar hərbi qulluqçular üçün inşa edilən növbəti yaşayış binası istifadəyə verilib. Eyni zamanda, ötən il Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb və həmin mənzillər hərbi qulluqçuların mülkiyyətinə verilib. Müasir dövrün ən yüksək tələbləri səviyyəsində qurulan bu mənzillərin açılış tədbirlərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəxsən iştirak etməsi, bir tərəfdən dövlət rəhbərinin ordumuza inam və etimadının ifadəsidirsə, digər tərəfdən də dövlətin bu mühüm və vacib sahəyə xüsusi önəm verməsinin göstəricisidir.

Bu gün bütün hərbi qulluqçuların maddi rifah halı yüksəlib. Təbii ki, atılan addımlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir. Ancaq bu gün Azərbaycanın dinamik inkişafını gözü götürməyən, mənzillərin bölgüsünə etirazla yanaşan, ölkənin paytaxtından kənarda mənzillə təmin olunmağa etiraz edənlərə də rast gəlinir. Təbii ki, ölkədə aparılan dərin islahatlar antiazərbaycan dairələri narahat edir və həmin qüvvələr Azərbaycana qarşı o insanlardan istifadə edir. Görünən odur ki, onların məqsədi Azərbaycanın inkişafına, hərbi qulluqçuların sosial rifahının daha da yaxşılaşmasına xidmət edən işlərin üzərinə kölgə salmaqdır.

Reallıq isə ondan ibarətdir ki, şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Bütün bunlar da hərbi qulluqçuların qarşısında qoyulan vəzifələrin icrasına məsuliyyətini daha da artırır, Vətən qarşısında borcunu vicdanla yerinə yetirməyə ruhlandırır.

Şakira CeyLo şousuna görə 867 trilyon dollar tələb edir like
  • 14 Fev 15:09  
Digərləri Şakira CeyLo şousuna görə 867 trilyon dollar tələb edir

Amerikanın tanınmış rahibi, keçmiş futbol məşqçisi Dave Daubenmire &quo

arrow Ətraflı
Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü like
  • 14 Fev 15:01  
Siyasət Azərbaycan Prezidenti Küveytin Baş Naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü like
  • 14 Fev 15:01  
Siyasət İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb  FOTO like
  • 14 Fev 15:01  
Siyasət Prezident İlham Əliyev Münxendə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
İsmayıllıda özünü asan gənc son anda xilas edilib like
  • 14 Fev 14:59  
Digərləri İsmayıllıda özünü asan gənc son anda xilas edilib

İsmayıllı rayonunda intihara cəhd hadisəsi baş verib.

arrow Ətraflı
Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib like
  • 14 Fev 14:56  
Digərləri Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib

2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min

arrow Ətraflı
Prezident Münhendə "dəyirmi masa"da iştirak edib like
  • 14 Fev 14:54  
İqtisadiyyat Prezident Münhendə "dəyirmi masa"da iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münxen

arrow Ətraflı
Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb like
  • 14 Fev 14:52  
Dünya Çin koronavirusla mübarizəyə 11,5 milyard dollar ayırıb

Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi mə

arrow Ətraflı
“İstəyirəm Mel Gibson ərim olsun” like
  • 14 Fev 14:49  
Şou-biznes “İstəyirəm Mel Gibson ərim olsun”

14 Fevral - Beynəlxalq Sevgililər günündə məşhurlarımıza sual ünvanlad

arrow Ətraflı
Gürcüstanda sərnişin qatarında yanğın like
  • 14 Fev 14:44  
Dünya Gürcüstanda sərnişin qatarında yanğın

Gürcüstanda Zuqdidi-Tbilisi sərnişin qatarında yanğın baş verib.

arrow Ətraflı
Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə ilk qoşulma like
  • 14 Fev 14:43  
İqtisadiyyat Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sisteminə ilk qoşulma

​"Azərbaycan Beynəlxalq Bankı" Kənd Təsərrüfatı Nazirliyi yanında Aqr

arrow Ətraflı
“Azəriqaz”: Yanvarda 11 550 yeni abonent qeydiyyata alınıb like
  • 14 Fev 14:41  
İqtisadiyyat “Azəriqaz”: Yanvarda 11 550 yeni abonent qeydiyyata alınıb

Yanvarda qeydiyyata alınmış abonentlərin 65%-i Bakı üzrədir

arrow Ətraflı
Gürcüstanda Anaklia dəniz limanının inşasına dair yeni tender elan olunacaq like
  • 14 Fev 14:37  
İqtisadiyyat Gürcüstanda Anaklia dəniz limanının inşasına dair yeni tender elan olunacaq

​Gürcüstanda dəniz limanının inşasına bağlı yeni tender elan olunacaq

arrow Ətraflı