Rusiyada azərbaycanlı azyaşlı övladlarına təcavüz etdi


Kriminal 14 Fev 2020 12:14:00 174 0

Rusiyada azərbaycanlı azyaşlı övladlarına təcavüz etdi

Rusiyanın Beryezovski vilayətində azərbaycanlı kişi öz uşaqlarına təcavüz edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, 33 yaşlı Azərbaycan vətəndaşı rus qadınla rəsmi nikahda olub.

Onların bu nikahdan iki oğlan və bir qız övladları doğulub. Azyaşlılar analarına atalarının onlara təcavüz etdiyini deyiblər. Qadının dediyinə görə, bu barədə eşidənə qədər belə bir şeyin olacağını ağlına belə gətirməyib.

İstintaq komitəsi faktla bağlı (14 yaşına çatmamış şəxslərə qarşı seksual xarakterli təcavüz) cinayət işi açıb.