Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb


Siyasət 14 Fev 2020 09:19:00 45 0

Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin aşağı palatası Milli Şuranın (Konqres) sədri xanım İzabel More ilə görüşüb. Qeyd edilməlidir ki, Milli Şuranın sədri İsveçrədə ən yüksək ranqlı şəxs sayılır.

Son.az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə səfir parlamentlərarası əlaqələrin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu baxımdan İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furnyenin keçən ilin sonlarında Bakıya səfərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycanla dostluq qrupu olmasından məmnunluq ifadə edilib.

Səfir X.İbrahimova İsveçrə Parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün Səfirlik tərəfindən təşkil ediləcək Azərbaycan barədə ilk təqdimata toxunaraq, yaradılan bu imkana görə Parlament sədrinə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatı əsasən mətbuatdan əldə etdiyi üçün onlara məlumatın daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.

X.İbrahimova həmsöhbətini ölkəmizdə cari il fevralın 9-da baş tutan parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, İsveçrədə 2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində olduğu kimi Azərbaycanda da seçkilər nəticəsində Parlamentin 30%-nin yeniləndiyi, eləcə də yeni Parlamentin 20%-nin qadınlardan ibarət olacağı qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb. İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu dilə gətirərək, ölkəmizə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məşhur müğənni biabırçı şəklini paylaşdı like
  • 14 Fev 09:14  
Digərləri Məşhur müğənni biabırçı şəklini paylaşdı

Məşhur amerikalı müğənni Mayli Sayrus növbəti qalmaqala imza atıb.

arrow Ətraflı
Ucarda 6 otaqlı ev yanıb like
  • 14 Fev 09:09  
Digərləri Ucarda 6 otaqlı ev yanıb

Ucar rayonunun Aplout kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbli 6 ota

arrow Ətraflı
Lənkəranda 4 otaqlı ev yanıb, like
  • 14 Fev 09:04  
Digərləri Lənkəranda 4 otaqlı ev yanıb,

Lənkəran şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı e

arrow Ətraflı
Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı like
  • 14 Fev 09:00  
Dünya Çindən kənarda yeni növ koronavirusa yoluxanların sayı

Çindən kənarda yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 500 nəf

arrow Ətraflı
ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı like
  • 14 Fev 08:57  
Dünya ABŞ "Huawei"ə qarşı məhdudiyyətləri ertələməyi qərara aldı

ABŞ Çinin "Huawei" şirkətinə qarşı məhdudiyyətləri ertələm

arrow Ətraflı
Bakıda itkin düşən 4 nəfər tapıldı like
  • 14 Fev 08:54  
Sosial Bakıda itkin düşən 4 nəfər tapıldı

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində q

arrow Ətraflı
Banqkokda universitet yaxınlığında atışma olub like
  • 14 Fev 08:54  
Dünya Banqkokda universitet yaxınlığında atışma olub

Tailandın paytaxtı Banqkokda Çulalonqkorn Universiteti yaxınlığında atı

arrow Ətraflı
ABŞ Senatı Trampın İran üzrə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib like
  • 14 Fev 08:51  
Dünya ABŞ Senatı Trampın İran üzrə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni bəyənib

ABŞ Senatı ölkə prezidenti Donald Trampın İranla hərbi əməliyyatlar apa

arrow Ətraflı
Kompüteriniz üçün maraqlı FOTOSESSİYA like
  • 14 Fev 08:45  
Digərləri Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

Son.az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

arrow Ətraflı
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (14.02.2020) like
  • 14 Fev 08:42  
İqtisadiyyat Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (14.02.2020)

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (14

arrow Ətraflı
Ərdoğan pakistanlı həmkarı ilə görüşüb like
  • 14 Fev 08:42  
Dünya Ərdoğan pakistanlı həmkarı ilə görüşüb

İslamabadda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakis

arrow Ətraflı
Rusiya və Türkiyənin Baş Qərargah rəisləri İdlibdəki vəziyyəti müzakirə ediblər like
  • 14 Fev 08:39  
Dünya Rusiya və Türkiyənin Baş Qərargah rəisləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasim

arrow Ətraflı
Hubey əyalətində koronavirusa yoluxanların sayı artıb like
  • 14 Fev 08:36  
Dünya Hubey əyalətində koronavirusa yoluxanların sayı artıb

Çinin Hubey əyalətində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı

arrow Ətraflı
Türkiyə Suriya ilə sərhədə tanklar göndərib like
  • 14 Fev 08:33  
Dünya Türkiyə Suriya ilə sərhədə tanklar göndərib

Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədə tanklar və artilleriya q

arrow Ətraflı