Elxan Ələsgərov: "Yerevan beynəlxalq hüquqa hörmət etməlidir"


Siyasət 13 Fev 2020 20:36:00 65 0

Elxan Ələsgərov: "Yerevan beynəlxalq hüquqa hörmət etməlidir"

Fevralın 11-də Ermənistan XİN Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) istinad edərək növbəti dəfə Azərbaycanın guya beynəlxalq öhdəlikləri pozması və Ermənistan vətəndaşı Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıması ilə bağlı ittihamlarla çıxış edib.

Yerevanın növbəti yalanının detallarına varmadan, qeyd edim ki, M.Saribekyan Azərbaycan ərazisinə göndərilmiş təxribatçı idi və onun ölümündə Bakıdan daha çox Yerevan təqsirkardır. Aydındır ki, M.Saribekyanın ölümü Ermənistan hakimiyyətini heç də maraqlandırmır və Bakının ünvanına səsləndirilən ittihamların arxasında adi siyasi məqsədlər dayanır. Maraqlısı odur ki, Ermənistan XİN-in bəyanatında M.Saribekyanın taleyi barədə heç nə deyilmir, sənədin əsas tezisi ondan ibarətdir ki, guya statusundan asılı olmayaraq Azərbaycan hakimiyyətinin nəzarətinə keçən hər bir erməninin həyatı təhlükə altındadır. Beləliklə, Ermənistan XİN AİHM-nin M.Saribekyanla bağlı qərar verməsi ilə "Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməməsi" barədə yeni mif ortaya atır.

Qeyd etmək lazımdır ki, erməni ideoloqlar fərsiz strateqlərdir. Belə ki, AHİM-nin yurisdiksiyasını və M.Saribekyanla bağlı qərarın legitimliyini tanımaqla, Yerevan bu məhkəmənin digər qərarlarını, eləcə də BMT-nin dörd qətnaməsini tanımalıdır.

Birincisi, AİHM-nin daha əvvəl verdiyi "Çıraqov və digərlər Ermənistana qarşı" işi üzrə qərar bu günədək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş ən vacib qərarlardandır. Qərarın xüsusiyyəti ondadır ki, bu, münaqişə ilə bağlı törədilən cinayətlərdə Ermənistanın təqsirkar hesab olunduğu ilk məhkəmə sənədidir. Dünyanın ən nüfuzlu məhkəmə orqanı olan AİHM Dağlıq Qarabağla bağlı qərar verdi və bu qərarda Azərbaycan ərazilərinin işğal faktı, Ermənistanın isə işğalçı ölkə olması təsdiqləndi.

İkincisi, AİHM-nin "Doğu Perinçek İsveçrəyə qarşı" işi ilə bağlı 2013-cü il 17 dekabr tarixli hökmünə əsasən Ermənistan qondarma "erməni soyqırımı" ilə bağlı birtərəfəli mülahizə tələblərindən imtina etməlidir. Avropa Məhkəməsi qərar verib ki, hüquqi müstəvidə təsdiq olunmuş Holokostdan fərqli olaraq "erməni soyqırımı" ilə bağlı iddialar tarixi səciyyə daşımır və tərəflərdən birinin uydurmasıdır. Ermənistanın "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə verilən qərarı, eləcə də yüz minlərlə azərbaycanlı məcburi köçkünün hüquqlarının təmin olunması ilə əlaqədar qərarı icra etmək niyyətinin olmaması Yerevan tərəfindən beynəlxalq hüququn qəbul edilməməsinin bariz nümunəsidir.

Rəsmi Yerevan M.Saribekyan barədə pafoslu açıqlamalar verərkən AİHM-nin digər qərarlarını da qəbul etməlidir.

Baku Network

Ekspert Şurasının direktoru

Fəlsəfə doktoru

Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

“Hədiyyəni ən çox kişi almalıdır” like
  • 13 Fev 20:34  
Şou-biznes “Hədiyyəni ən çox kişi almalıdır”

"Hədiyyənin zamanı olmur, insanın içindən gəlirsə, hər zaman ala b

arrow Ətraflı
Azərbaycanda 14 sahə komissiyası yaradılacaq like
  • 13 Fev 20:31  
Sosial Azərbaycanda 14 sahə komissiyası yaradılacaq

Azərbaycanda bacarıqların artırılması üzrə sahə komissiyaları yaradıl

arrow Ətraflı
Sabunçuda 3 otaqlı ev yanıb like
  • 13 Fev 20:29  
Digərləri Sabunçuda 3 otaqlı ev yanıb

Bakının Sabunçu rayonunda yanğın olub.

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 13 Fev 20:24  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

Fevralın 14-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
"Facebook" və "Twitter" Rusiyada cərimələndi like
  • 13 Fev 20:20  
Dünya "Facebook" və "Twitter" Rusiyada cərimələndi

"Facebook" və "Twitter" ümumilikdə&8 milyon Rusiaya rublu (hər birini 63,4 m

arrow Ətraflı
Bir evdə yaşayırmışlar... like
  • 13 Fev 20:19  
Digərləri Bir evdə yaşayırmışlar...

Ötən gün ortaya çıxan Hadisə və Kaan Yıldırımın sevgi münasibətilə

arrow Ətraflı
Elmar Məmmədyarov Aİnin xüsusi nümayəndəsi ilə görüşüb like
  • 13 Fev 20:14  
Siyasət Elmar Məmmədyarov Aİnin xüsusi nümayəndəsi ilə görüşüb

Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nüma

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 13 Fev 20:09  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Azərbaycanda ölüm səviyyəsi azalıb like
  • 13 Fev 20:07  
Digərləri Azərbaycanda ölüm səviyyəsi azalıb

Azərbaycanda ötən il ölüm səviyyəsi aşağı düşüb.

arrow Ətraflı
Ali məktəblər üçün vahid məlumat bazasının yaradılması zəruridir like
  • 13 Fev 20:04  
Digərləri Ali məktəblər üçün vahid məlumat bazasının yaradılması zəruridir

Azərbaycanda akademik qurumlar və ali təhsil müəssisələri tərəfindən e

arrow Ətraflı
Yaponiyada güclü zəlzələ olub like
  • 13 Fev 19:59  
Dünya Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimal-şərqində Rixter cədvəli ilə 7 bal gücündə zəlzəl

arrow Ətraflı
Aktrisa həmkarı ilə eşq yaşayır? like
  • 13 Fev 19:57  
Digərləri Aktrisa həmkarı ilə eşq yaşayır?

"Çocuk" serialında "Akça" obrazını canlandıran aktrisa

arrow Ətraflı
Anjey Kasprşik Tural Gəncəliyev ilə görüşüb like
  • 13 Fev 19:54  
Siyasət Anjey Kasprşik Tural Gəncəliyev ilə görüşüb

Anjey Kasprşik ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanl

arrow Ətraflı
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Əməkdaşlıq Sazişi təsdiq edilib like
  • 13 Fev 19:45  
Siyasət Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Əməkdaşlıq Sazişi təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenid

arrow Ətraflı