Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq


Siyasət 13 Fev 2020 18:42:34 159 0

Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur.

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərəiş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planındaəcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulub.

Bununla bağlıDövlət Miqrasiya Xidməti,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.