MSK: Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir


Siyasət 13 Fev 2020 18:11:00 130 0

MSK: Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir

Səsvermə günü baş verən pozuntuların 90 faizi sosial şəbəkələrdə yayılan görüntülərdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov vurğulayıb ki, qanun pozuntularını çəkən adam onu çəkdiyi anda sosial şəbəkələrə yerləşdirir: "Bu çox gözəl ənənədir. Məhz bu məqsədlə məntəqələrdə baş verən qanun pozuntularına münasibət bildirən bloggerlərə minnətdarıq".