Aydın Quliyev: "Azərbaycan və azərbaycanlılar ictimai xidmətin ən səmərəli üsulu olaraq "ASAN xidmət"lə qürur duya bilər"


Siyasət 13 Fev 2020 17:54:00 55 0

Aydın Quliyev: "Azərbaycan və azərbaycanlılar ictimai xidmətin ən səmərəli üsulu olaraq "ASAN xidmət"lə qürur duya bilər"

"ASAN xidmət" 21-ci əsrdə vətəndaşlara Dövlət xidmətlərinin ən səmərəli üsullarının axtarışları sahəsində Azərbaycanın əldə etdiyi unikal müvəffəqiyyətidir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər"qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bəlkə də yaxın bir neçə on illər ərzində bundan da səmərəli ictimai xidmət modellərinin düşünülə biləcəyini təsəvvür etmək çətindir: "ASAN xidmət" qədər sürətlə və geniş miqyasda cəmiyyətin gözündə populyarlaşan başqa bir sosial xidmət layihəsi olmayıb. "ASAN xidmət"in Azərbaycan cəmiyyətində tez populyarlıq qazanmasının səbəbləri məhz bu modelin öz mahiyyətində və məzmunundadır.

Onun sözlərinə görə, "ASAN xidmət" elə bir ictimai-sosial və tarixi şəraitdə tətbiq edildi ki, sovet dövrünün və 90-cı illərin əvvəllərindəki bezdirici ictimai xidmət üsullarının çirkin qalıqları hələ də yaşayırdı. İnsanlar qeyri-insani münasibətlər, rüşvət, təhqir, alçaldıcı, süründürməçi və narahat şəraitdə ən kiçik sosial məsələnin həllinə həftələrlə vaxt itirir, bir çox hallarda hətta məqbul nəticə də əldə edə bilmirdilər.

"ASAN xidmət" fəaliyyətə başladığı ilk günlərdən insanlar cəmiyyətimizin on illər boyu əziyyət çəkdiyi neqativ xidmət atmosferinə qısa vaxtda son qoyulacağına inandı. "ASAN xidmət"in ictimai və hətta beynəlxalq miqyasda böyük xarizmatik və praktik etimad qazanması danılmaz reallıqdır. Bu gün yüzlərlə sosial xidmət növlərinin ən asan şəkildə həlli cəmiyyət-dövlət etimadının sarsılmaz sütunlarından birinə çevrildi. Bu gün Azərbaycan vətəndaşları ən az vaxt sərfi ilə, əsəb və izafi resurs itkiləri vermədən ən müxtəlif sosial-məişət problemlərinin həlli formasına sahibdir.

"ASAN xidmət" Azərbaycan dövlətinin sosial və xalqa xidmət məzmununu birbaşa müəyyənləşdirən alətlərdən biridir. Cəmiyyətimiz ASAN sistemində özünün sosial məsələlərinin həlli ilə qısa müddətli rahatlıq jestlərini birləşdirə bilir.

Ekspert bildirir ki, "ASAN xidmət"də insanlar işlə istirahəti üzvi şəkildə birləşdirə bilir: "Nəzərə almaq lazımdır ki, "ASAN xidmət"də vətəndaşlara həm də müxtəlif kiçik ictimai iaşə xidmətləri də fəaliyyət göstərilir. ASAN-ın yaxın xarici ölkələrdə də populyarlıq qazanması çox əhəmiyyətli faktdır. Azərbaycan cəmiyyətinin ASAN-ı ən səmərəli model kimi mənimsəməsi onun xaricdə də böyük şöhrət tapmasının həlledici şərtidir. Azərbaycan və azərbaycanlılar ictimai xidmətin ən səmərəli üsulu olaraq ASAN-la qürur duya bilər''.

Çindən qayıdan Gürcüstan vətəndaşı tibbi nəzarətə götürüldü like
  • 13 Fev 17:49  
Dünya Çindən qayıdan Gürcüstan vətəndaşı tibbi nəzarətə götürüldü

Çindən qayıdan Gürcüstan vətəndaşı, 26 yaşlı şəxs&koronavirus ehtim

arrow Ətraflı
Cəlilabad sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü like
  • 13 Fev 17:48  
Digərləri Cəlilabad sakinindən sənədləri olmayan ov tüfəngi götürüldü

Cəlilabad rayon sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan ov tüfəng

arrow Ətraflı
MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib like
  • 13 Fev 17:46  
Siyasət MSK bir neçə dairə ilə bağlı şikayətləri DSK-lara göndərib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın

arrow Ətraflı
"Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur" - ŞƏRH like
  • 13 Fev 17:44  
Siyasət "Qüsursuz hərbi xidmət keçmiş zabitlər evlə təmin olunur" - ŞƏRH

“Azərbaycanda 20 il qüsursuz hərbi xidmətdə olmuş zabitlər ehtiyata bur

arrow Ətraflı
Arts Council Azerbaijan təşkilatının “START” layihəsi başladı like
  • 13 Fev 17:42  
Digərləri Arts Council Azerbaijan təşkilatının “START” layihəsi başladı

Arts Council Azerbaijan təşkilatının "START" layihəsi çərçivə

arrow Ətraflı
“Ağır Romantik” filminin qala gecəsində baş verənlər  FOTO like
  • 13 Fev 17:37  
Şou-biznes “Ağır Romantik” filminin qala gecəsində baş verənlər FOTO

Dünən İstanbulda tanınmış iş xanımı Ruhi Əliyevanın təşəbbüsü il

arrow Ətraflı
Məzahir Pənahov: "Vəzifəsinin öhdəsindən gələ bilməyənlər cəzalandırılacaq" like
  • 13 Fev 17:36  
Siyasət Məzahir Pənahov: "Vəzifəsinin öhdəsindən gələ bilməyənlər cəzalandırılacaq"

"Vəzifəsinin öhdəsindən gələ bilməyənlərin cəzalandırılması vacibd

arrow Ətraflı
İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” birgə İşçi Qrupu yaradır - VİDEO like
  • 13 Fev 17:34  
İqtisadiyyat İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” birgə İşçi Qrupu yaradır - VİDEO

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” birgə İşçi Qru

arrow Ətraflı
Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB like
  • 13 Fev 17:34  
Dünya Böyük Britaniyada yeni maliyyə naziri təyin olunub - YENİLƏNİB

Böyük Britaniyanın maliyyə naziri Sacid Cavid hökumətdəki dəyişikliklə

arrow Ətraflı
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu  VİDEO like
  • 13 Fev 17:34  
Digərləri “Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu VİDEO

Maraqla gözlənilən "Hakan: Muhafız" serialının üçüncü mövs

arrow Ətraflı
MSK daha bir seçki dairəsi ilə bağlı şikayətə baxıb like
  • 13 Fev 17:33  
Siyasət MSK daha bir seçki dairəsi ilə bağlı şikayətə baxıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın

arrow Ətraflı
Daha bir lider namizəd olduğu seçki dairəsinin nəticələri like
  • 13 Fev 17:31  
Siyasət Daha bir lider namizəd olduğu seçki dairəsinin nəticələri

33 saylı Xətai birinci seçki dairəsi üzrə parlament seçkilərinin nətic

arrow Ətraflı
MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB like
  • 13 Fev 17:29  
Siyasət MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında&33 saylı xətai birinci seç

arrow Ətraflı