MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB


Siyasət 13 Fev 2020 17:29:00 154 0

MSK Hüseynbala Mirələmovun seçildiyi dairənin nəticələrini ləğv etdi - YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında&33 saylı xətai birinci seçki dairəsi&ilə bağlı şikayətlərə baxılır.

Hüseynbala Mirələmov

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, 21 seçki məntəqəsi üzrə pozuntular aşkar edilib:

“Ümumilikdə məntəqələrin sayı isə 40-dır”

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

*** 17:18

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında33 saylı Xətai birinci seçki dairəsiilə bağlı şikayətlərə baxılır.

"Report"un xəbərinə görə, hazırda iclas davam edir.

Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur.