MSK Fəzail Ağamalının lider namizəd olduğu dairə ilə bağlı qərar verdi

Siyasət 13 Fev 2020 17:54:27 152 0

MSK Fəzail Ağamalının lider namizəd olduğu dairə ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsində səsvermə nəticələri ilə bağlı şikayətə baxılıb.

Fəzail Ağamalı

“Report” xəbər verir ki, sonda həmin müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki,60 saylı Salyan-Neftçala seçki dairəsinin lider namizədi Fəzail Ağamalıdır.