Arxiv işinin inkişafına dair 20202025ci illər üçün Dövlət Proqramı təsdiq edilib


Siyasət 12 Fev 2020 17:49:00 142 0

Arxiv işinin inkişafına dair 20202025ci illər üçün Dövlət Proqramı təsdiq edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maliyyələşməni təmin etsin.