Daha bir təşkilata seçkilərdə exitpoll keçirmək üçün akkreditasiya verildi


Siyasət 29 Yan 2020 18:04:00 118 0

Daha bir təşkilata seçkilərdə exitpoll keçirmək üçün akkreditasiya verildi

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən daha bir təşkilatın müraciətinə baxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında exit-poll keçirmək istəyən "Rəy" Monitorinq Mərkəzinin müraciətinə baxılıb. MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilat Azərbaycada əvvəlki seçkilərdə də exit-poll keçirib və bu sahədə kifayət qədər təcrübəsi var. Bu dəfə də həmin təşkilat 118 seçki dairəsi üzrə 1080 seçki məntəqəsində exit-poll keçirmək niyyətindədir.

Müraciət səsə qoyularaq qəbul edilib.