Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb


Siyasət 29 Yan 2020 14:25:00 130 0

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.