“Exitpoll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır


Siyasət 29 Yan 2020 09:54:00 136 0

“Exitpoll” keçirəcək təşkilatlar barədə qərarvermə müddəti sabah başa çatır

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.