Zurabişvili: "Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır"


Siyasət 28 Yan 2020 19:10:00 160 0

Zurabişvili: "Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır"

Gürcüstanla Azərbaycan arasında liman sahəsindəki sıx münasibətlər iki ölkənin gələcək inkişafı üçün imkanlar yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqı nəqliyyat və kommunikasiya sahələrində vacib layihələr həyata keçirir və Gürcüstanla Azərbaycan üçün nəqliyyat arteriyalarının işini təmin edəcək nəqliyyat infrastrukturunun inkişafı prioritet məsələdir:

"Bu arteriyalar sırasına Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi, qaz kəmərləri daxildir. Onların böyük potensialı var və mən hesab edirəm ki, bu potensialdan maksimum istifadə etmək lazımdır".