Səməd Seyidov: “Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“


Siyasət 27 Yan 2020 18:47:48 125 0

Səməd Seyidov: “Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“

“Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“.

“Avropa Şurası bu gün böhran vəziyyətini yaşayır“.

“Report”un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA)bu gün başlayan qış sessiyasında Azərbaycanın bu qurumdakınümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

“Bu gün AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burda birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən və qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlara yol verir“, - S.Seyidov deyib.