Kestutis Yankauskas: "Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik"


Siyasət 22 Yan 2020 12:04:00 104 0

Kestutis Yankauskas: "Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik"

Biz Azərbaycanda növbədənkənar parlament seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə keçiriləcəyini gözləyirik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

O, Azərbaycanın seçkiləri müşahidə etməsi üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avtopa Şurasından müşahidəçilər dəvət etməsini alqışladıqlarını söyləyib: "Bu missiyaların bir qismi artıq Azərbaycandadır. Yaxın zamanlarda müşahidə missiyasının digər üzvləri də Azərbaycana gələcək.

Hesab edirəm ki, biz həmişə olduğu kimi tərəfdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Azərbaycanın gələcək parlamenti ilə əməkdaşlıq edəcəyik".

Son.az