Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub FOTO


Siyasət 21 Yan 2020 23:24:00 142 0

Azərbaycanın “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə qərar qəbul olunub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Rusiyanın "LUKOIL" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanın "Naxçıvan", "Qoşadaş" yataqlarının "LUKOIL" şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olundu və bu barədə qərar qəbul edildi.

Söhbət zamanı perspektiv strukturlar və SOCAR-"LUKOIL" əməkdaşlığı ətrafında fikir mübadiləsi aparıldı.