Bakıda kişini vəhşicəsinə döydülər


Kriminal 19 Yan 2020 13:54:00 149 0

Bakıda kişini vəhşicəsinə döydülər

Bakıda Dövlət Neft Akademiyasının qarşısında 49 yaşlı kişini döyərək ona sınıq xəsarətləri yetiriblər.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Azadlıq prospektində baş verib.

1971-ci il təvəllüdlü Hüseynov Faiq Məhəmməd oğlu iki nəfərlə əlbəyaxa dava edib. 

O döyülərək ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkiminin APA- ya verdiyi məlumata görə, F.Hüseynov qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, qabırğalarının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.