İstanbulda 20 Yanvar faciəsindən bəhs edən “Ağla qərənfil ağla” kitabının təqdimatı keçirilib - FOTO


Siyasət 18 Yan 2020 20:02:16 326 0

İstanbulda 20 Yanvar faciəsindən bəhs edən “Ağla qərənfil ağla” kitabının təqdimatı keçirilib - FOTO

​İstanbulda 20 Yanvar faciəsi haqqında “Ağla qərənfil ağla” kitabının təqdimatı keçirilib

İstanbulda 20 Yanvar faciəsindən bəhs edən, türk dilində hazırlanmış “Ağla qərənfil ağla” kitabının təqdimat mərasimi keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, təqdimat mərasimində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri, elm və mədəniyyət xadimləri, ziyalılar, Türkiyədə yaşayan həmvətənlərimiz, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və media nümayəndələri iştirak ediblər.

“Can Azərbaycan” media qurumu tərəfindən hazırlanan 64 səhifəlik kitabın “Ön söz”ünün müəllifi media qurumunun təsisçisi və rəhbəri, jurnalist Namık Kamal Yıldırımdır. Nəşrdə jurnalist Günel Məlikovanın “20 Yanvar faciəsindən ötən 30 il...” məqaləsi və “Ağla qərənfil” şeiri yer alıb. Kitabda 1990-cı il yanvarın 19-dam 20-nə bağlayan gecə Bakıda yaşananlar bütün tarixi faktlarla dərc olunub. Həmin gecədən qalan fotolar və o gecənin canlı şahidləri ilə fotoreportajlar dərc olunub. Kitab eyni zamanda bir çox təhsil müəsisələrində dərslik vəsaiti kimi nəzərdə tutulub.

Müəllif bildirib ki, Azərbaycan xalqının hər zaman yanında olan türk oxucusu bu kitabla 20 Yanvar faciəsi haqqında kifayət qədər məlumatlanacaq.

Kitabın təqdimat mərasimində həmçinin “Qarabağ Azərbaycanındır” imza kampaniyası keçirilib.

Vüsalə Abbasova