Kino kimi oğurluq: Azərbaycanlı naməlum istiqamətə aparıldı və...


Kriminal 14 Yan 2020 18:54:00 143 0

Kino kimi oğurluq: Azərbaycanlı naməlum istiqamətə aparıldı və...

Rusiyanın Peterburq şəhərinin Petrodvortsovıy rayonunda azərbaycanlı oğurlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Prosveşeniya prospektində baş verib. 

Beş nəfər naməlum şəxs azərbaycanlıya hücum edərək, onun üzünü bağlayıb və mikroavtobusa mindiriblər. O, üzü bağlı olduğu üçün hara aparıldığını bilməyib.

Cinayətkarlar azərbaycanlını sahibsiz evə gətirərək, orada döyüb və qarət ediblər. Daha sonra onlar həmin şəxsi buraxıblar və ona xəbərdarlıq ediblər ki, polisə müraciət etməsin.