Müdafiə naziri şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib


Siyasət 11 Yan 2020 14:03:59 132 0

Müdafiə naziri şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib

"Azərbaycan Ordusunun sərəncamında olan silahlar düşmən üzərində qələbəni tam təmin etməyə imkan verir".

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov qış mövsümü ilə əlaqədar əsgər yataqxanaları və digər obyektlərin qızdırılmasının təmin olunması, hərbi qulluqçular, o cümlədən gənc əsgərlərin daim tibbi nəzarətdə saxlanılması məqsədilə profilaktiki tədbirlərin görülməsi və şəxsi heyətin məişət şəraitinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

"Report" xəbər verir ki, bu barədəgeneral-polkovnik Zakir Həsənov yanvarın 11-də keçirilən xidməti müşavirədə deyib.

Cəbhədəki mövcud əməliyyat şəraitini təhlil edən Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordunun və düşmənlə təmas xəttində yerləşən digər hərbi hissələrin döyüş qabiliyyətini yüksək qiymətləndirərək cari ildə də bu istiqamətdə görüləcək tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Ordusunun sərəncamında olan silahların düşmən üzərində qələbəni tam təmin etməyə imkan verdiyini qeyd edən nazir Ermənistan silahlı qüvvələrinin bölmələrinin ehtimal olunan aktivliyinin qarşısının dərhal və daha üstün silahların tətbiq edilməsi ilə alınması məqsədilə adekvat tədbirlərin görülməsini tapşırıb.