İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı FOTO


Kriminal 10 Yan 2020 13:56:00 144 0

İrandan gələn Azərbaycan vətəndaşında beşbarmaq və narkotik aşkarlandı  FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "AZSAMAND" markalı, 99-KB-158 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Xoşbəxt Abdulla oğlu saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını bildirib.

Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin tavanına və yük yerinə reaksiya verib. Bunun ardınca, rentgen qurğusu ilə baxış zamanı monitorda avtomobilin tavanının ön hissəsində şübhəli cizgilər müşahidə edilib.

Daha sonra Abdullayev Xoşbəxt Abdulla oğlunun idarə etdiyi minik avtomobili əsaslı yoxlanılıb.

Nəticədə, avtomobilin tavanının ön hissəsində, tavana çəkilmiş üzlüyün altında - üzlüklə metal lövhənin arasına yerləşdirilərək gizlədilmiş, "kopirovka" deyilən kağıza və gümüşü rəngli falqaya bükülmüş 6 ədəd plastik butulka aşkara çıxarılıb.

Həmin butulkalardan 3 ədədində qablaşdırılmaları ilə birgə ümumi çəkisi 1120 qram təşkil edən narkotik vasitə - heroin, digər 3 ədəd butulkada isə qablaşdırılmaları ilə birgə ümumi çəkisi 679 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.