Peterburqda 22 yaşlı azərbaycanlı bıçaqlandı


Kriminal 07 Yan 2020 17:59:00 323 0

Peterburqda 22 yaşlı azərbaycanlı bıçaqlandı

Sankt-Peterburqun Vıborq rayonunda 22 yaşlı azərbaycanlı bıçaqlanıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilir ki, yanvarın 6-da səhər saatlarında 50 yaşlı Azərbaycan vətəndaşı qardaşı oğlunu 122 saylı Klinik Xəstəxanaya gətirib. Yoxlama zamanı həkimlər onun sinəsinə nüfuz edən bıçaq yarası diaqnozu qoyublar, sonra gənc ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əmisi qardaşı oğlunun Santiaqo De Kuba küçəsinin Lunaçarskiy prospektinin kəsişməsində naməlum şəxslə münaqişə zamanı xəsarət aldığını bildirib. Faktla bağlı araşdırma aparılır.