Bığına görə efirə buraxılmayan azərbaycanlı məşhur


Kriminal 02 Yan 2020 12:36:00 167 0

Bığına görə efirə buraxılmayan azərbaycanlı məşhur

Bu gün görkəmli bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940-1979) anım günüdür.

Son.az kult.az-a istinadən Vaqif Mustafazadə ilə bağlı 10 faktı təqdim edir:

1. V.Mustafazadənin anası Zivər Əliyeva böyük bəstəkar Üzeyir Hacıbəyovun tələbəsi olub, muğamları Üzeyir bəydən öyrənib. O, Azərbaycanın ilk pianoçu qadınlarından biri olub.

2. Atası Əziz bəy Hacı Çələbi xanın nəslindən idi.

3. V.Mustafazadə 1979-cu ildə Monakoda keçirilən festivalda gizli seçim əsasında yüzlərlə yarışmaçı arasından qalib olub və "Ağ royal" mükafatına layiq görülüb.

4. Sənətkar fərqli xarici görünüşü ilə həmişə diqqət çəkirdi və sovet senzurasının hədəfinə düşürdü. Bir dəfə onu efirə buraxmayıblar, bığını qırxdırmalı olduğunu deyiblər. Böyük cazmen buna görə ağır stress keçirib.

5. İlk dəfə infarkt keçirdikdən sonra onu evə gətirib çarpayıya uzadıblar. Görkəmli cazmen anasından xahiş edib ki, onun üçün "Bayatı Şiraz" muğamını çalsın. Deyilənə görə, cazla muğamı sintez etmək elə bu zaman ağlına gəlib.

6. O, Sovet Azərbaycanında bəzi şəxslərin haqsızlığına görə Gürcüstana köçüb və bir müddət bu ölkəni təmsil edib. Lakin 1968-ci ildə Mədəniyyət naziri, bəstəkar Rauf Hacıyevin təkidi ilə vətənə qayıdıb.