"Oğlum mənə nə qədər güclü olduğumu sübut etdi" Mənim balam FOTO


Kriminal 16 Dek 2019 00:45:00 225 0

"Oğlum mənə nə qədər güclü olduğumu sübut etdi"  Mənim balam  FOTO

Natavan Gümet: Bir insana nəfəsi nə qədər qiymətlidirsə, övladım da mənim üçün o qədər dəyərlidir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

Ana olduqdan sonra bir çox qadınların necə dəyişdiyinin şahidi olmuşuq. Belə ki, bir zamanlar şən, şıltaq, cəsarətli qızları ana olduqdan sonra daha kamil, hər addımına, hərəkətinə diqqət edən görmüşük. Ancaq bu hər qadına da şamil edilmir. Müsahibimiz, istedadlı aktrisa Natavan Gümet ana olduqdan sonra daha güclü olduğunu gizlətmir. O, Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra İstanbula köçdü. Bəzən Bakıda bir çox film və serial layihələrində  iştirak etsə də, bütün həyatını qardaş ölkəylə bağladı və övlad sahibi oldu. Ana olduqdan sonra isə həyatında çox şeyin dəyişdiyini və ən əsası, Natavan Gümetin özünün dəyişdiyini deyir.

Beləliklə, "Mənim balam" rubrikamızın qonağı olan aktrisa Natavan Gümet oğlu Teoman doğulduqdan sonra həyatının rəngləndiyini, indiyə qədər özü üçün yaşadığını, bundan sonra isə  atdığı hər addımda oğlunu düşündüyünü söyləyir.    - Ana olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Ana olmaq, bu neməti dadmaq hər bir qadının arzusudur. Qadına inanılmaz duyğular yaşadır. Hesab edirəm ki, bu duyğuya bərabər ola biləcək ikinci bir duyğu yoxdur. Bir az böyük səslənsə də, qeyd edim ki, ana olmadan öncə həyatda yaşamadığımın fərqinə vardım. Oğlumun gəlişi ilə həyatım rəngləndi, həyata baxış bucağım dəyişdi. İlk dəfə övladımı qucağıma aldığım zaman anladım ki, həyatımda fərqli bir dönəm başlayır. O vaxta qədər özüm üçün mübarizə aparırdımsa, hər hansı addımı atanda özümü düşünürdümsə, bundan sonra övladım üçün mübarizə aparmalı, onun üçün yaşamalı idim. Bir insana nəfəsi nə qədər qiymətlidirsə, övladım da mənim üçün o qədər qiymətlidir. Oğlum məni dünyada ən şərəfli vəzifə olan ana adına layiq gördü, o mənə ana missiyası bəxş etməklə bərabər, nə qədər güclü, səbrli bir qadın olduğumu sübut etdi. O, dünyaya gəldikdən sonra anaların övladları üçün nəyə görə hər şeyi qurban verdiklərini anladım. Artıq həyatımın ikinci mərhələsindəyəm. Bu mərhələdə yanımda oğlum var. Bu dəfə daha möhkəm, daha güclü, daha qorxmaz bir qadın kimi addım atıram.

- Övladınızı ilk qucağınıza aldığınızda, bir anda böyüdüyünüzü hiss etdiniz?

- O duyğular ən zərif və dünyada tayı-bərabəri olmayan hisslərdir. Hiss edirsən ki, sən güclüsən və bu zamana qədər bunun fərqində belə olmamısan. Ana olduqdan sonra anlayırsan ki, sən artıq uşaq deyilsən. Teomanı dünyaya gətirməyimdən 23 ay keçsə də, hələ də onu qucağıma aldığım o ilk günün həyəcanını yaşayıram. Bunu yaşamaq lazımdır. Yaşadığım hissin qarşısında kəlmələr yetərsizdir.   - Ailə qurduqdan sonra Türkiyəyə köçdünüz. Zaman-zaman Bakıda yeni film və seriallarda rol alsanız da, yenidən geri döndünüz. Hazırda isə yaradıcılığınızda bir durğunluq yaşanır. Bu, oğlunuzla bağlıdırmı?

- Yanvarın 5-də oğlumun 2 yaşı tamam olacaq. İndi onun ən həssas dönəmidir. Uşaqların müəyyən yaş həddi var ki, həmin dönəmdə daha çox valideyn qayğısına, nəvazişinə ehtiyac duyurlar. İndi onun həssas dönəmidir, mən də bu dönəmlərində onun yanında olmalıyam. Çalışdığım sənətin nə qədər dəyərli olduğu, canlandırdığım obrazlarla insanların həyatına necə təsir etdiyimizin də fərqindəyəm, ancaq bütün bunlardan əvvəl bir anayam. Bu vəzifəmi yerinə yetirmək məcburiyyətindəyəm. Teoman müəyyən yaş həddinə çatdıqdan sonra yenidən işimin başına dönəcəm. İndi ara-sıra kiçik həcmli layihələrdə yer alsam da, daha çox oğlumla zaman keçirməyə çalışıram. Bütün günü onunla birlikdə zaman keçiririk, onunla maraqlı oyunlar oynayırıq. Teoman təkcə yatanda məni görmür.    - Uşaqların inkişafında bağçaların rolu əvəzsizdir. Oğlunuzu nə üçün bağçaya qoymursunuz?