ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək


Siyasət 13 Dek 2019 14:39:00 114 0

ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək

"ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək".

Son.az Trend-ə istinadən xəbə\r verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

O bildirib ki, ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və sabitliyini dəstəkləyir:

"Əməkdaşlıq çərçivəsində ölkəni təhlükəsizlik sahəsində, xüsusilə də milli sərhədlərin və strateji enerji infrastrukturunun müdafiəsi məsələsində dəstəkləyirik".

Səfir əlavə edib ki, ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.