ABŞ səfiri Azərbaycanda seçkilərə beynəlxalq müşahidəçilərin çağırılması qərarını dəstəkləyir


Siyasət 13 Dek 2019 13:17:00 87 0

ABŞ səfiri Azərbaycanda seçkilərə beynəlxalq müşahidəçilərin çağırılması qərarını dəstəkləyir

"Növbədənkənar parlament seçkilərini izləmək üçün ATƏT-in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyasının nümayəndələrinin çağırılması barədə hökumətin qərarını dəstəkləyirəm".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.

Səfir bildirib ki, azad və demokratik seçkilər Azərbaycanın irəli hərəkət etməsinə imkan verəcək.

Səfir, həmçinin ümidvar olduğunu bildirib ki, yeni parlamentdə qadınların, xüsusilə də qadın sahibkarların sayı çox olacaq.